Back to Vacancies
Bənd Qaynaqcisi
⏱️
Experience3 years
Job Description
Bənd qaynaqçısı (və ya beynəlxalq dildə Tack Welder), əsas qaynaq prosesindən əvvəl metal hissələrin çertyoj üzrə düzgün yerləşdirilməsini və müvəqqəti bərkidilməsini (prikvatka) təmin edən mütəxəssisdir. Bu vəzifə konstruksiyanın həndəsi düzgünlüyünə cavabdehdir.
Responsibilities
- Detalların yığılması: Metal lövhələrin, boruların və ya profillərin layihə sənədlərinə (çertyojlara) uyğun olaraq bir-birinə yanaldılması.
- Bəndlərin (Prikvatka) vurulması: Əsas qaynaqçı işə başlamazdan əvvəl hissələrin tərpənməməsi üçün kiçik, lakin möhkəm qaynaq nöqtələrinin qoyulması.
- Ölçü və dəqiqlik: Metrə, künclük (uqlolnik) və lazer səviyyəölçən vasitəsilə hissələrin tam düzgün bucaq altında durmasını yoxlamaq.
- Boşluqların (Gap) saxlanılması: Tam nüfuzetmə (penetration) üçün iki metal arasında lazımi məsafənin (məsələn, 3 mm) saxlanılmasını təmin etmək.
- Deformasiyanın qarşısını almaq: Qaynaq zamanı metalın istidən əyilməməsi üçün bəndləri müəyyən ardıcıllıqla və lazımi sayda vurmaq.
- Səthin hazırlanması: Bənd vurulacaq yerlərin pasdan və boyadan təmizlənməsi.
- Zəif bəndlərin təmizlənməsi: Əgər bənddə çat və ya məsamə yaranıbsa, onu bolqarka ilə təmizləyib yenidən vurmaq.
Bənd QaynaqcisiFSC Engineering

