Back to Vacancies
Arqon Qaynaqçısı (Argon Welder)
🏠
Work ModeOn-Site
⏱️
Experience3 years
Job Description
Paslanmaz boru qaynaqçısı (TIG/Arqon), yüksək texnoloji sahələrdə (qida, əczaçılıq, neft-kimya) ən incə və məsuliyyətli işləri görən mütəxəssisdir. Paslanmaz polad (Stainless Steel) karbon poladından fərqli olaraq istiyə qarşı çox həssasdır və səhv edildikdə korroziyaya davamlılığını itirir.
Responsibilities
- Kök qatının (Root pass) vurulması: Borunun daxilində tam və hamar nüfuzetməni təmin etmək. Kök hissədə heç bir boşluq və ya "içəri axma" (icicle) olmamalıdır.
- Back Purging (Daxili qaz qoruması): Paslanmaz borunun daxilinə mütləq arqon qazı vurulmalıdır. Əgər daxildə hava qalarsa, metal "yanır" (kirpiləşir) və paslanma əleyhinə xüsusiyyətini itirir.
- İstilik rejiminə (Heat Input) nəzarət: Paslanmaz poladı çox qızdırmaq olmaz. Qaynaqçı tikişin rənginə (ideal rəng saman sarısı və ya qızılı olmalıdır) nəzarət etməli, tünd bənövşəyi və ya qara rəngin yaranmasına yol verməməlidir.
- Materialın təmizlənməsi: Faska açılmış uclar və qaynaq teli (məsələn, ER308L, ER316L) asetona bənzər həlledicilərlə yağdan və çirkdən tam təmizlənməlidir.
- Volfram ucun hazırlanması: Qövsün (arkın) sabit və cəmləşmiş olması üçün volfram elektrodun (adətən boz və ya qırmızı başlıqlı) iti saxlanılması.
- Deformasiyanın qarşısını almaq: Paslanmaz metal tez əyildiyi üçün "prikvatka"ların (tack weld) sayına və qaynaq ardıcıllığına ciddi əməl etmək.
- Kraterlərin idarə olunması: Qaynağın sonunda cərəyanı tədricən azaldaraq (slope out) son nöqtədə çatların (kraterlərin) yaranmasına imkan verməmək.
- Əsas Tələblər:
- 6G Sertifikatı: Borunun hər hansı mövqedə (tərpənməz) qaynaq edilməsi bacarığı.
- HSE qaydaları: Arqon qazının boğucu xüsusiyyətinə görə qapalı sahələrdə havalandırma qaydalarına əməl etmək.
Arqon Qaynaqçısı (Argon Welder)FSC Engineering

