Back to Vacancies
Arqon Qaynaqçısı (Arqon Welder)
Job Description
Arqon kök qaynağı (TIG/GTAW) ilə karbon polad (qara metal) qaynaqçısı, boru kəmərlərinin və yüksək təzyiqli qabların birləşdirilməsində ən məsuliyyətli hissəni — kök qatını icra edən mütəxəssisdir. Karbon poladlarda kök qatının arqonla vurulması tikişin daxildən hamar və qüsursuz olmasını təmin edir.
Responsibilities
- Kök qatının (Root pass) vurulması: Borunun daxili hissəsində tam nüfuzetməni (penetration) təmin etmək və "içəri axmaların" və ya boşluqların qarşısını almaq.
- Faskanın hazırlanması: Boru uclarının 30-37.5 dərəcə bucaq altında açılması və kənarların (beveled edges) metal parlaqlığına qədər təmizlənməsi.
- Boşluğun (Root gap) tənzimlənməsi: İki boru arasında düzgün məsafənin (adətən 2.5–3.2 mm) qoyulması və "prikvatka" (tack weld) ilə sabitlənməsi.
- Qaz sərfinə nəzarət: Arqon qazının axınını düzgün tənzimləyərək qaynaq vannasını atmosfer havasından (oksigen və azotdan) qorumaq.
- Doldurma və üz qatları: Kök qatı bitdikdən sonra digər qatların (hot pass, fill, cap) eyni və ya digər üsulla (məsələn, elektrodla - SMAW) tamamlanması.
- Vizual nəzarət: Tikşin həndəsi ölçülərinin, yanmaların (undercut) və məsamələrin olmamasının yoxlanılması.
- Çertyoj və WPS oxumaq: Qaynaq prosedur vərəqinə (WPS) uyğun olaraq cərəyan şiddətini (Amper) və tel növünü seçmək.
Arqon Qaynaqçısı (Arqon Welder)FSC Engineering

