Skip to main content
Back to Vacancies

Elektrik (Electrician)

📍 Baku, Azerbaijan🏢 FSC Engineering🕒 Full-Time
📋
EmploymentFull-Time
⏱️
Experience2 years

Job Description

Elektrik layihə çərçivəsində elektrik sistemlərinin quraşdırılması, yoxlanılması, istismara verilməsi və texniki xidmətinin həyata keçirilməsinə cavabdehdir. İşçi bütün elektrik işlərini layihə planlarına, texniki spesifikasiyalara, təhlükəsizlik qaydalarına və qüvvədə olan normativ standartlara uyğun icra etməlidir.

Responsibilities

  • Elektrik quraşdırma işləri:
  • Layihə plan və sxemlərinə uyğun olaraq elektrik kabellərinin, paylayıcı xətlərin və avadanlıqların quraşdırılmasını həyata keçirmək
  • Elektrik panellərinin, paylayıcı lövhələrin, prizlərin, açarların və işıqlandırma sistemlərinin montajını yerinə yetirmək
  • Kabel kanalları, borular və kabel trayları üzrə elektrik xətlərini çəkmək
  • Test və yoxlama:
  • Elektrik sistemlərinin təhlükəsizliyini və düzgün işləməsini yoxlamaq
  • izolyasiya və torpaqlama ölçmələrini aparmaq
  • Nsazlıqları aşkar etmək və aradan qaldırmaq
  • Texniki xidmət və təmir:
  • Elektrik avadanlıqlarına planlı texniki baxış və xidmət göstərmək
  • Elektrik nasazlıqları zamanı operativ təmir işləri aparmaq
  • Avadanlıqların saz və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək
  • Təhlükəsizlik və qaydalara riayət:
  • Əməyin mühafizəsi, yanğın və elektrik təhlükəsizliyi qaydalarına ciddi əməl etmək
  • Fərdi mühafizə vasitələrindən (izolyasiyalı əlcəklər, qoruyucu ayaqqabı, dəbilqə və s.) düzgün istifadə etmək
  • Elektrik işləri zamanı risklərin minimuma endirilməsini təmin etmək
  • Sənədləşmə və hesabat:
  • Görülən işlər barədə gündəlik və ya həftəlik hesabatlar hazırlamaq
  • Elektrik işlərinə dair texniki qeydlər və ölçmə nəticələrini sənədləşdirmək
  • Komanda ilə əməkdaşlıq:
  • Digər ixtisas sahibləri (mexaniklər, texniklər, mühəndislər) ilə koordinasiyalı işləmək

Language Requirements

  • Azərbaycan dili
Elektrik (Electrician)FSC Engineering