Skip to main content
Back to Vacancies

Hörgü Ustası (Mason)

📍 Baku, Azerbaijan🏢 FSC Engineering🕒 Full-Time
📋
EmploymentFull-Time
🏠
Work ModeOn-Site
📊
SeniorityJunior
⏱️
Experience2 years
🎓
EducationHigh School

Job Description

Hörgü Ustası tikinti layihələri çərçivəsində kərpic, blok, daş və digər hörgü materiallarından istifadə etməklə divarların, arakəsmələrin və müxtəlif konstruktiv elementlərin inşasını həyata keçirir. İşçi bütün işləri layihə planlarına, texniki tələblərə, təhlükəsizlik və keyfiyyət standartlarına uyğun şəkildə icra etməlidir.

Responsibilities

  • Layihə plan və spesifikasiyalarına uyğun olaraq kərpic, blok və daş hörgüsü aparmaq
  • Divarların, sütunların, arakəsmələrin və digər konstruksiyaların düzgün ölçü və səviyyədə inşa edilməsini təmin etmək
  • Hörgü zamanı su səviyyəsi, şnur və ölçü alətlərindən düzgün istifadə etmək
  • Hazırlıq və köməkçi işlər:
  • Hörgü üçün istifadə edilən materialların (kərpic, blok, daş, məhlul) hazırlanmasını və düzgün yerləşdirilməsini təmin etmək
  • Məhlulun layihə tələblərinə uyğun hazırlanmasına nəzarət etmək
  • Hörgü səthlərinin təmiz və səliqəli olmasını təmin etmək
  • Keyfiyyətə nəzarət:
  • Görülən işlərin texniki standartlara və layihə tələblərinə uyğunluğunu yoxlamaq
  • Qüsurlar aşkar edildikdə düzəliş işlərini yerinə yetirmək
  • Görülən işlər barədə gündəlik hesabat və sənədləşmə aparmaq
  • Təhlükəsizlik və intizam:
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək
  • Fərdi mühafizə vasitələrindən (dəbilqə, əlcək, qoruyucu ayaqqabı və s.) istifadə etmək
  • İş sahəsində təmizliyi və nizam-intizamı qorumaq
  • Alət və avadanlıqların istifadəsi:
  • Hörgü alətlərindən (mala, çəkic, kəsici alətlər və s.) düzgün və təhlükəsiz istifadə etmək
  • Alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək
  • Komanda ilə əməkdaşlıq:
  • Digər tikinti işçiləri və ustalarla koordinasiyalı işləmək
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
  • Layihə qrafikinə uyğun işləmək

Requirements

  • Orta və ya peşə təhsili (üstünlükdür)
  • Hörgü ustası vəzifəsində minimum 2 il iş təcrübəsi
  • Kərpic, blok və daş hörgüsü texnologiyalarını bilmək
  • Texniki rəsmləri və layihə planlarını oxuma bacarığı
  • Fiziki dözümlülük və diqqətlilik
  • Azərbaycan dili – əsas səviyyədə
  • Məsuliyyətli və intizamlı olmaq
  • Keyfiyyətə və dəqiqliyə önəm vermək
  • Komanda ilə işləmə bacarığı
  • Hörgü Ustası ona həvalə olunmuş tikinti sahəsində işlərin təhlükəsiz, keyfiyyətli və layihə tələblərinə uyğun icrasına görə məsuliyyət daşıyır.

Benefits

  • Nahar və Nəqliyyat təmin olunur
Hörgü Ustası (Mason)FSC Engineering