Back to Vacancies
İskeleçi (Scaffolder)
📋
EmploymentFull-Time
🏠
Work ModeOn-Site
📊
SeniorityJunior
⏱️
Experience2 years
🎓
EducationHigh School
Job Description
İskeleçi tikinti və sənaye obyektlərində işlərin təhlükəsiz şəkildə aparılması üçün müvəqqəti iskele sistemlərinin quraşdırılması, sökülməsi və texniki vəziyyətinə nəzarət edilməsinə cavabdehdir. O, işlərini layihə tələblərinə, texniki standartlara və əməyin mühafizəsi qaydalarına uyğun şəkildə icra etməlidir.
Responsibilities
- İskele qurulması və sökülməsi:
- Layihə planları və texniki göstərişlər əsasında iskele sistemlərini quraşdırmaq
- Metal və ya boru tipli iskele elementlərini düzgün ardıcıllıqla yığmaq
- İşlərin tamamlanmasından sonra iskeleləri təhlükəsiz şəkildə sökmək
- İskele hissələrinin düzgün daşınmasını və yerləşdirilməsini təmin etmək
- Texniki nəzarət və təhlükəsizlik:
- Qurulmuş iskelelərin dayanıqlığını, möhkəmliyini və təhlükəsizliyini yoxlamaq
- İskele üzərində qoruyucu məhəccərlərin, pilləkənlərin və təhlükəsizlik torlarının quraşdırılmasını təmin etmək
- Yüklənmə limitlərinə və istifadə qaydalarına nəzarət etmək
- Təhlükəsizlik baxımından risk yaradan halları dərhal rəhbərliyə bildirmək
- Ölçmə və dəqiqlik
- İskele hündürlüyünü, səviyyəsini və ölçülərini ölçü aletləri ilə yoxlamaq
- Torpaq və ya beton səth üzərində düzgün dayaq nöqtələrinin qurulmasını təmin etmək
- Əməyin mühafizəsi və intizam:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək
- Fərdi mühafizə vasitələrindən (təhlükəsizlik kəməri, dəbilqə, qoruyucu ayaqqabı və s.) istifadə etmək
- Hündürlükdə işləmə qaydalarına əməl etmək
- İş sahəsində nizam-intizam və təmizliyi qorumaq
- İskele qurulmasında istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə etmək
- Avadanlıqların texniki vəziyyətini yoxlamaq və qorunmasını təmin etmək
- Nasaz və yararsız materiallar barədə məsul şəxslərə məlumat vermək
- Komanda ilə əməkdaşlıq:
- Digər tikinti işçiləri və ustalarla koordinasiyalı işləmək
- Rəhbərliyin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək
- İş prosesində yaranan dəyişikliklərə operativ uyğunlaşmaq
Requirements
- Tələblər və İxtisaslar:
- Təhsil və təcrübə:
- • Orta və ya peşə təhsili (üstünlükdür)
- • İskeleçi vəzifəsində minimum 2 il iş təcrübəsi
- Bilik və bacarıqlar:
- • Müxtəlif tip iskele sistemləri üzrə biliklər
- • Texniki plan və sxemləri oxuma bacarığı
- • Fiziki dözümlülük və hündürlükdə işləmə qabiliyyəti
- Dil bilikləri:
- • Azərbaycan dili – əsas səviyyədə
- • Rus dili biliyi üstünlükdür
- Şəxsi keyfiyyətlər:
- • Məsuliyyətli və diqqətli olmaq
- • Təhlükəsizlik qaydalarına ciddi yanaşma
- • Komanda ilə işləmək bacarığı
- Məsuliyyət:
- İskeleçi ona həvalə edilmiş iskele sistemlərinin təhlükəsiz, dayanıqlı və standartlara uyğun qurulmasına və istifadəsinə görə məsuliyyət daşıyır.
Benefits
- Nahar və Nəqliyyat təmin olunur
İskeleçi (Scaffolder)FSC Engineering

