Skip to main content
Back to Vacancies

Dülgər (Carpenter)

📍 Baku, Azerbaijan🏢 FSC Engineering🕒 Full-Time
📋
EmploymentFull-Time
🏠
Work ModeOn-Site
📊
SeniorityJunior
🎓
EducationHigh School

Job Description

Dülgər tikinti layihələri çərçivəsində taxta və ağac əsaslı materiallardan konstruksiya elementlərinin hazırlanması, quraşdırılması və təmirinə cavabdeh olan ixtisaslı işçidir. O, işlərini layihə çertyojları, texniki normalar, keyfiyyət standartları və əməyin təhlükəsizliyi qaydalarına uyğun şəkildə həyata keçirir.

Responsibilities

  • Layihə çertyojları və texniki sənədlərə əsasən dülgərlik işlərini icra etmək
  • Taxta qəliblərin, konstruksiyaların, arakəsmələrin, pilləkənlərin və digər ağac elementlərinin hazırlanması və quraşdırılması
  • Tikinti sahəsində beton işləri üçün taxta qəliblərin yığılması və sökülməsi
  • Ölçmə və hazırlıq işləri:
  • Materialların ölçülməsi, kəsilməsi və formalaşdırılması
  • Taxta materialların düzgün seçilməsi və israfın minimuma endirilməsi
  • Səthlərin hamarlanması, cilalanması və qoruyucu örtüklərlə işlənməsi
  • Təmir və bərpa işləri:
  • Mövcud taxta konstruksiyaların təmiri və bərpası
  • Zədələnmiş və ya yararsız hissələrin dəyişdirilməsi
  • Qapı, pəncərə və digər ağac elementlərinin sazlanması
  • Keyfiyyətə nəzarət:
  • İcra olunan işlərin keyfiyyətini daimi nəzarətdə saxlamaq
  • Texniki normalara uyğun olmayan halları dərhal rəhbərliyə bildirmək
  • Görülən işlər barədə gündəlik hesabat vermək
  • Əməyin təhlükəsizliyi və intizam:
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək
  • Fərdi mühafizə vasitələrindən (dəbilqə, eynək, əlcək və s.) istifadə etmək
  • İş sahəsində təmizliyi və təhlükəsizliyi təmin etmək
  • Alət və avadanlıqların istifadəsi:
  • Əl və elektrik alətlərindən (mişar, elektrik mişarı, frez, matkap və s.) düzgün və təhlükəsiz istifadə etmək
  • Alətlərin texniki vəziyyətini nəzarətdə saxlamaq və təmizləmək
  • Nasazlıqlar barədə məsul şəxsə məlumat vermək

Requirements

  • Orta və ya peşə təhsili (dülgərlik üzrə üstünlükdür)
  • Dülgərlik sahəsində minimum 2 il iş təcrübəsi
  • Taxta materiallar və dülgərlik texnologiyaları üzrə biliklər
  • Çertyoj və ölçülərlə işləmə bacarığı
  • Dəqiqlik, diqqətlilik və fiziki dözümlülük
  • Azərbaycan dili – əsas səviyyədə
  • Rus və ya ingilis dili biliyi üstünlükdür
  • Məsuliyyətli və intizamlı olmaq
  • Komanda ilə işləmək bacarığı
  • Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
  • Məsuliyyət:
  • Dülgər ona tapşırılmış işlərin layihə tələblərinə uyğun, təhlükəsiz və keyfiyyətli icrasına görə məsuliyyət daşıyır.

Benefits

  • Nahar və Nəqliyyat təmin olunur
Dülgər (Carpenter)FSC Engineering