Skip to main content
Back to Vacancies

Məlumat Katibi (Data Clerk)

📍 Baku, Azerbaijan🏢 FSC Engineering🕒 Full-Time
📋
EmploymentFull-Time
🏠
Work ModeOn-Site
📊
SeniorityJunior
⏱️
Experience2 years
🎓
EducationDiploma / Technical Certificate

Job Description

Məlumat Katibi müəssisə və ya layihə çərçivəsində məlumatların toplanması, daxil edilməsi, yenilənməsi, saxlanması və düzgünlüyünə nəzarət proseslərini həyata keçirir. Vəzifə sahibi məlumat bazalarının dəqiqliyini və məxfiliyini təmin edir, hesabatların hazırlanmasında iştirak edir və müvafiq şöbələrlə koordinasiyalı şəkildə işləyir.

Responsibilities

  • Məlumatların daxil edilməsi və idarə olunması:
  • Müxtəlif mənbələrdən daxil olan məlumatları sistemlərə (ERP, Excel, daxili proqramlar və s.) dəqiq və vaxtında daxil etmək
  • Mövcud məlumatları mütəmadi olaraq yeniləmək və yoxlamaq
  • Məlumatlarda uyğunsuzluq və səhvləri aşkar edərək düzəlişlər aparmaq
  • Sənədləşmə və arxivləşmə:
  • Elektron və fiziki sənədlərin düzgün arxivləşdirilməsini təmin etmək
  • Məlumat və sənədlərin məxfiliyini qorumaq
  • Müəyyən edilmiş sənəd dövriyyəsi qaydalarına riayət etmək
  • Hesabatların hazırlanması:
  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq
  • Statistik məlumatları toplamaq və strukturlaşdırmaq
  • Rəhbərlik və aidiyyəti şöbələr üçün məlumat təqdim etmək
  • Keyfiyyət və dəqiqlik nəzarəti:
  • Daxil edilən məlumatların dəqiqliyini və tamlığını yoxlamaq
  • Məlumatların standartlara və daxili prosedurlara uyğunluğunu təmin etmək
  • Təkrarlanan və ya uyğunsuz məlumatların qarşısını almaq
  • Koordinasiya və ünsiyyət:
  • Digər şöbələr və komanda üzvləri ilə məlumat mübadiləsini həyata keçirmək
  • Lazım olduqda məlumatların toplanması üçün sahə və ofis işçiləri ilə əlaqə saxlamaq
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək
  • Texniki dəstək və sistem istifadəsi:
  • Ofis proqramlarından (MS Excel, Word və s.) effektiv istifadə etmək
  • Məlumat bazası sistemlərində əsas əməliyyatları icra etmək
  • Sistem xətaları və uyğunsuzluqlar barədə aidiyyəti şəxslərə məlumat vermək

Requirements

  • Təhlükəsizlik, keyfiyyət və texniki standartlara uyğun işləmək bacarığı
  • Layihə plan və spesifikasiyalarına əsasən tapşırıqları icra etmək
  • Hesabat və sənədləşmə aparmaq bacarığı
  • Komanda ilə işləmək bacarığı

Language Requirements

  • İngilis dili (üstünlükdür)

Benefits

  • Nahar və Nəqliyyat təmin olunur
Məlumat Katibi (Data Clerk)FSC Engineering