Skip to main content
Back to Vacancies

Betonçu (Concrete Worker)

📍 Baku, Azerbaijan🏢 FSC Engineering🕒 Full-Time
📋
EmploymentFull-Time
🏠
Work ModeOn-Site
📊
SeniorityJunior
⏱️
Experience2 years
🎓
EducationHigh School

Job Description

Betonçu tikinti layihələri çərçivəsində beton işlərinin icrasına cavabdeh olan texniki işçidir. O, beton qarışığının hazırlanması, tökülməsi, yayılması, sıxlaşdırılması və səthinin işlənməsi proseslərini layihə tələblərinə, texniki normalara və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirir.

Responsibilities

  • Layihə çertyojları və texniki spesifikasiyalara uyğun beton işlərini icra etmək
  • Beton qarışığının hazırlanmasında iştirak etmək və ya hazır betonun düzgün istifadəsini təmin etmək
  • Betonun qəliblərə tökülməsi, yayılması və lazımi səviyyədə bərabərləşdirilməsini həyata keçirmək
  • Betonun vibrasiya edilməsi və sıxlaşdırılmasını təmin etmək
  • Qəlib və armaturla iş:
  • Beton tökülməzdən əvvəl qəliblərin düzgün quraşdırılmasını yoxlamaq
  • Armaturun layihəyə uyğun yerləşdirilməsinə nəzarət etmək
  • Qəliblərin sökülməsində iştirak etmək və beton konstruksiyalara zərər verilməməsini təmin etmək
  • Səthin işlənməsi və qorunması:
  • Beton səthlərin hamarlanması və cilalanmasını aparmaq
  • Betonun bərkimə dövründə düzgün qulluq (suvarma, qoruyucu örtüklər və s.) göstərmək
  • Çatlar, boşluqlar və digər qüsurların qarşısını almaq
  • Keyfiyyətə nəzarət:
  • Beton işlərinin keyfiyyətini daim nəzarətdə saxlamaq
  • Texniki normalara və standartlara uyğun olmayan halları dərhal rəhbərliyə bildirmək
  • Görülən işlər barədə gündəlik məlumat və hesabat vermək
  • Əməyin təhlükəsizliyi və intizam:
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək
  • Fərdi mühafizə vasitələrindən (dəbilqə, əlcək, çəkmə və s.) düzgün istifadə etmək
  • İş sahəsində təmizliyi və nizam-intizamı qorumaq
  • Alət və avadanlıqların istifadəsi:
  • Beton vibrasiyası üçün avadanlıqların, əl alətlərinin düzgün və təhlükəsiz istifadəsini təmin etmək
  • İş bitdikdən sonra alətlərin təmizlənməsi və saxlanmasını təmin etmək
  • Nasaz avadanlıqlar barədə dərhal məsul şəxsə məlumat vermək

Requirements

  • Orta təhsil (peşə təhsili üstünlükdür)
  • Beton işləri üzrə minimum 1–3 il iş təcrübəsi
  • Beton texnologiyası və tikinti materialları üzrə əsas biliklər
  • Çertyoj və ölçülərlə işləmə bacarığı
  • Fiziki cəhətdən dözümlülük və açıq sahədə işləmək bacarığı
  • Azərbaycan dili – əsas səviyyədə
  • Digər dillər üstünlükdür
  • Şəxsi keyfiyyətlər:
  • Məsuliyyətlilik və diqqətlilik
  • Komanda ilə işləmək bacarığı
  • Vaxtında və keyfiyyətli iş görmə bacarığı
  • Betonçu ona tapşırılmış beton işlərinin keyfiyyətli, təhlükəsiz və layihə tələblərinə uyğun icrasına görə məsuliyyət daşıyır.

Benefits

  • Nahar və Nəqliyyat təmin olunur
Betonçu (Concrete Worker)FSC Engineering