Back to Vacancies

Göyərtə -Briqadiri (Deck Boss)

📍 Sumqayıt🏢 FSC Engineering🕒 Full-time
📋
EmploymentFull-time

Job Description

Göyərtə briqadiri göyərtə işlərinin və göyərtə heyətinin fəaliyyətinin təşkilinə və nəzarətinə cavabdehdir. Vəzifə üzrə bütün işlərin təhlükəsiz, səmərəli və şirkətin prosedurlarına və gəminin tələblərinə uyğun şəkildə yerinə yetirilməsini təmin edir.

Responsibilities

  • Göyərtə matroslarının və digər göyərtə heyətinin işini təşkil və koordinasiya etmək.
  • Gündəlik göyərtə təmizliyi, texniki xidmət və səliqə-sahman işlərini təşkil etmək.
  • Yanalma, yanalma troslarının açılması, lövbər salma və tələb olunan digər göyərtə əməliyyatlarına nəzarət etmək.
  • Göyərtə alətlərinin və avadanlıqlarının düzgün istifadəsinə, saxlanmasına və texniki vəziyyətinə nəzarət etmək.
  • Texniki qulluq, rəngləmə, pasdan təmizləmə, yağlama və təmir işlərinə nəzarət etmək.
  • Bütün göyərtə əməliyyatlarının təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək.
  • Təhlükəli vəziyyətləri, riskləri və avadanlıq nasazlıqlarını müəyyən etmək və rəhbərliyə bildirmək.
  • Zərurət yarandıqda Kapitana və/və ya Baş matrosa göyərtə əməliyyatlarında kömək etmək.
  • İşçilərin müvafiq fərdi mühafizə vasitələrindən (FMV/PPE) istifadə etməsini təmin etmək.
  • Təyin olunmuş göyərtə sahələrinin təmiz və səliqəli saxlanılmasını təmin etmək.
  • Gənc və yeni göyərtə heyətinə iş üzrə təlimat və praktiki təlim vermək.
  • Fövqəladə hallar üzrə təlimlərdə iştirak etmək və fövqəladə vəziyyətlər zamanı verilən göstərişlərə uyğun hərəkət etmək.

Requirements

  • STCW sertifikatları (mütləqdir).
  • BOSIET sertifikatı (arzuolunandır)
Göyərtə -Briqadiri (Deck Boss)FSC Engineering