Back to Vacancies
Ölçü və Nəzarət Texniki (Instrumentation Technician)
⏱️
Experience2 years
🎓
EducationBachelor’s Degree
Job Description
Ölçü və Nəzarət Texniki istehsal və layihə obyektlərində ölçü, nəzarət və avtomatika sistemlərinin quraşdırılması, sazlanması, test edilməsi və texniki xidmətinin həyata keçirilməsinə cavabdehdir. İşçi bütün fəaliyyətlərini təhlükəsizlik, keyfiyyət, texniki standartlar və layihə tələblərinə uyğun şəkildə yerinə yetirməlidir.
Responsibilities
- Quraşdırma və montaj işləri:
- Ölçü və nəzarət cihazlarının (təzyiq, temperatur, axın, səviyyə ötürücüləri və s.) quraşdırılmasını həyata keçirmək
- Sahə alətlərinin, sensorların, transmitterlərin və analizatorların montajını icra etmək
- Junction box-ların, marshaling panellərin və sahə instrumentlərinin qoşulmasını yerinə yetirmək
- Instrument borulama (tubing) və impuls xətlərinin quraşdırılmasını aparmaq
- Kabel və naqillərlə iş:
- Instrumentasiya kabellərinin çəkilməsi, sonlandırılması və markalanmasını icra etmək
- Kabel trayları və borular üzərindən düzgün kabel marşrutlaşdırmasını təmin etmək
- Kabel izolyasiyasını, torpaqlama (earthing) və ekranlamanı yoxlamaq
- Test, sazlama və kalibrasiya:
- Ölçü cihazlarının kalibrasiyasını aparmaq və nəticələri sənədləşdirmək
- Loop check, continuity test və funksional testlərdə iştirak etmək
- Alətlərin düzgün işləməsini yoxlamaq və uyğunsuzluqları aradan qaldırmaq
- Texniki xidmət və nasazlıqların aradan qaldırılması:
- Instrumentasiya sistemlərində yaranan nasazlıqları aşkar etmək və aradan qaldırmaq
- Planlı və plansız texniki xidmət işlərini icra etmək
- Avadanlıqların işlək vəziyyətdə saxlanılmasını təmin etmək
- Təhlükəsizlik və standartlara riayət:
- Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydalarına ciddi riayət etmək
- Təhlükəli zonalarda (Ex zonalar) iş zamanı qaydalara əməl etmək
- Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək
- Sənədləşmə və hesabat:
- Görülən işlər barədə gündəlik hesabatların hazırlanmasına kömək etmək
- Kalibrasiya, test və yoxlama nəticələrini sənədləşdirmək
- Layihə çertyojları (P&ID, loop diagram) əsasında işlərin icrasını təmin etmək
- Komanda ilə əməkdaşlıq:
- Ölçü mühəndisləri, elektrikçilər və digər texniki heyətlə koordinasiyalı işləmək
- Rəhbərlik tərəfindən verilən texniki tapşırıqları vaxtında yerinə yetirmək
Language Requirements
- Azərbaycan İngilis
Ölçü və Nəzarət Texniki (Instrumentation Technician)FSC Engineering